Xəbərlər
Goranboy rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin müxtəlif şəhər və rayonlarında çalışan təhsil işçilərinin əməyinə diqqət və qayğını ifadə edən görüşlər keçirir. Goranboy rayonunun Şəfəq kənd tam orta ümumtəhsil məktəbi və Şəfəq kənd körpələr evi-uşaq bağçasında keçirilən görüşlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin baş müşaviri Pərvanə İsmayılova, Elmə və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev iştirak edib. Tədbir çərçivəsində təhsil işçiləri ilə səmimi fikir mübadiləsi zamanı onların gündəlik fəaliyyəti, qarşılaşdıqları məsələlər, əmək şəraiti və təhsil sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub, həmçinin AHİK və ETİHİ Respublika Komitəsinin rəhbərliyinin Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinə ünvanladığı təbriklər çatdırılıb. Beynəlxalq Müəllimlər Günü münasibətilə keçirilən görüşlər çərçivəsində təhsil işçilərinə qiymətli hədiyyələr təqdim olunub. Görüşlərin sonunda xatirə şəkilləri çəkdirilib.







