“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda bir sıra təhsil işçilərinin yubileyi münasibətilə görüş keçirildi.

10/02/2026, 19:45
xeber1

Goranboy rayonunda bir sıra təhsil işçilərinin yubileyi münasibətilə görüş keçirildi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən təhsil sahəsində uzunmüddətli və səmərəli fəaliyyəti ilə seçilən müəllim və təhsil işçilərinin yubileyi münasibətilə görüş təşkil olunub. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüş zamanı yubilyarların cəmiyyətin inkişafında, gənc nəslin formalaşmasında göstərdikləri əvəzsiz xidmətlər xüsusi vurğulanıb. Səmimi mühitdə keçən görüşdə yubilyarlara fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: