“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda birinci sinfə gedəcək şəhid övladları ilə görüş keçirildi

03/09/2026, 14:49
xeber1

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev və yeni tədris ilində ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladlarının iştirakı ilə görüş keçirildi. Məhərrəm Quliyev görüş zamanı şəhid övladlarına təhsil həyatında uğurlar və nailiyyətlər arzulayıb, həmçinin şəhid ailələrinə və şəhid övladlarına göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin və rifahının daim diqqət mərkəzində saxlanılmasından bəhs edib. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad edilir. Onların övladlarının yüksək diqqət və qayğı ilə əhatə olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Görüş zamanı çıxış edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Səmimi söhbət şəraitində keçən görüşdə uşaqların arzu və istəkləri dinlənilib, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən onlara məktəbli forması və məktəb ləvazimatları təqdim edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: