“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda həmkarlar ittifaqı üzvünün yubileyi qeyd olunub

02/10/2026, 00:44
xeber1

Borsunlu kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin əməkdaşı, Quliyeva Ramidə Mustafa qızının yubileyi münasibətilə görüş keçirilib. Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev və məktəb kollektivi iştirak ediblər. Kamil Baxşəliyev Ramidə Quliyevanı yubileyi münasibətilə təbrik edərək, ona cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıb. Həmçinin, onun əmək fəaliyyətində məsuliyyətli və vicdanlı mövqeyi, kollektivdə həmkarları ilə qarşılıqlı əməkdaşlığı xüsusi vurğulanıb. Məktəbin kollektiv üzvləri də Ramidə Quliyevanı yubileyi münasibətilə təbrik edərək, ona xoş arzularını çatdırıblar. Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən Ramidə Quliyevaya təşəkkürnamə və hədiyyə təqdim olunub.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: