“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda intellektual bilik yarışının respublika mərhələsində qalib olmuş komanda ilə görüş keçirildi.

26/11/2025, 17:47
xeber1


Müəllimlər arasında keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual yarışının Respublika kuboku mərhələsində böyük uğura imza ataraq, II yeri qazanmış “The Masters” komandasının Goranboy rayonundan olan heyəti ilə görüş keçirilmişdir. Görüşdə iştirak edən Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov müəllimlərlə səmimi söhbətlər apararaq, qazandıqları nailiyyət münasibəti ilə onları təbrik etmişdir. Bu qalibiyyətin komanda birliyinin və peşəkarlığın əzmi olduğu vurğulanaraq, digər müəllimlər üçün də nümunə kimi dəyərləndirilmişdir.


Sonda müəllimlərə qazandıqları uğur münasibəti ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən fəxri fərmanlar təqdim edildi. Müəllimlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: