Xəbərlər
Goranboy rayonunda ittifaq üzvlərinin Qubaya istirahət gəzintisi təşkil edildi.
01/12/2025, 16:35

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin təşkilatçılığı ilə ittifaq üzvlərinin Quba rayonunun "Nazlı Bulaq" istirahət mərkəzinə gəzintisi təşkil edildi. Gəzinti çərçivəsində asudə vaxtın səmərəli təşkili məqsədi ilə iştirakçılar üçün ictimai və mədəni istirahət fəaliyyətləri təşkil olunub. İstirahət gəzintisi ittifaq üzvləri tərəfindən maraqla qarşılanaraq, xoş təəssüratlarla yadda qalıb.






