Xəbərlər
Goranboy rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Zəfər Günü"nə həsr olunmuş intellektual bilik yarışı keçirildi

04 noyabr 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Zəfər Günü"nə həsr olunmuş tədbirlər planına əsasən, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Gənclər evi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı, Goranboy rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Goranboy Rayon Komitəsi və Goranboy Olimpiya İdman Kompleksinin dəstəyi ilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət komandalar arasında "Zəfər Kuboku" adlı Nə? Harada? Nə zaman? formatında intellektual bilik yarışması üzrə rayon birinciliyinin final mərhələsi keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edildi.Tədbirdə Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Çıxış edən natiqlər komandalara uğurlar arzu edərək, "8 Noyabr-Zəfər Günü"nün tarixi əhəmiyyətindən geniş söz açaraq, Vətən Müharibəsində qazanılmış Zəfərimiz və onun nəticələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər.
Nəzərinizə çatdırmaq istəyirik ki, bilik yarışması 28 oktyabr 2025-ci il tarixdən start götürərək, 31 oktyabr 2025-ci il tarixədək iki seçim mərhələsi üzrə keçirilmiş və hər seçim mərhələsi üzrə 8 komanda final mərhələsinə vəsiqə qazanmışdır.
Final mərhələsində 16 komanda olmaqla 80 nəfər məktəbli gənc iştirak edib. Final mərhələsində ümumilikdə komandaların cavablandırması üçün 24 sual təqdim edilmişdir.
Gərgin mübarizə şəraitində keçən final mərhələsinin yekun nəticəsi belədir:
I yer - Xınalı kənd tam orta məktəbin "Uğur" komandası
II yer - Goranboy şəhər 2 nömrəli tam orta məktəbin "Zəfər" komandası
III yer - Borsunlu kənd 1 nömrəli tam orta məktəbin "Xarıbülbül" komandası
İntellektual bilik yarışının final mərhələsində I, II və III yeri qazanmış komandalar kubok və diplomlarla mükafatlandırıldılar. Yarışda iştirak edən hər bir komandaya təşəkkür edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.
















