“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda “Qəlbimizdəki Qəhrəmanlar” adlı yürüş keçirilib

25/09/2026, 18:42
xeber1

25 sentyabr 2026-cı il tarixində Goranboy rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar “Qəlbimizdəki Qəhrəmanlar” adlı yürüş təşkil olunub. Yürüş Elm Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə Gənclər və İdman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyəti və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə dəstəyi ilə keçirilib. Goranboy Heydər Əliyev Parkından Goranboy Şəhidlər Xiyabanınadək davam edən yürüşdə gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Yürüşün sonunda iştirakçılar Şəhidlər Xiyabanında şəhidlərin foto guşələri önünə gül dəstələri düzərək, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: