“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda şəhid ailələri, ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün Şuşa və Xankəndi şəhərlərinə ekskursiya təşkil olunub.

20/07/2026, 20:48
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 20 iyul 2026-cı il tarixində şəhid ailələrinin üzvləri, ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin direktorlarının iştirakı ilə Şuşa və Xankəndi şəhərlərinə ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi iştirakçıların Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmaları, tarixi-mədəni irsimizi ziyarət etmələri, eləcə də onların asudə vaxtının səmərəli təşkilini təmin etmək olub. Səfər çərçivəsində iştirakçılar Şuşa və Xankəndi şəhərlərinin tarixi və strateji əhəmiyyətə malik məkanlarını ziyarət edib, şəhərlərdə aparılan yenidənqurma işləri, müasir infrastruktur layihələri və yaradılan yeni sosial obyektlərlə tanış olublar. Ekskursiya zamanı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev işğaldan azad olunmuş torpaqlarımızın bərpası istiqamətində həyata keçirilən mühüm layihələrdən, bu torpaqların tarixi əhəmiyyətindən və belə səfərlərin milli-mənəvi dəyərlərin təbliği baxımından əhəmiyyətindən danışaraq, qeyd edib ki, bu torpaqlar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaəti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və şəhidlərimizin, qazilərimizin misilsiz qəhrəmanlığı sayəsində azadlığına qovuşub. Bu Zəfər xalqımızın milli birliyinin, Vətənə bağlılığının və sarsılmaz iradəsinin təntənəsi kimi tarixə yazılıb. Ekskursiya zamanı iştirakçılar şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edərək, onların Vətən uğrunda göstərdikləri fədakarlığın heç zaman unudulmayacağını bildiriblər. Vurğulanıb ki, bu gün azad Şuşa və Xankəndidə həyata keçirilən bərpa və quruculuq işləri qəhrəman şəhidlərimizin müqəddəs amalının davamı olmaqla yanaşı, dövlətimizin gücünü və inkişaf əzmini nümayiş etdirir. Səfər iştirakçılar tərəfindən yüksək məmnunluqla qarşılanıb. Onlar ekskursiyanın yüksək səviyyədə təşkilinə və göstərilən diqqətə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür səfərlərin milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin daim uca tutulması və tarixi yaddaşın gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: