“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda şəhid anasının yubileyi qeyd edilib

21/10/2026, 15:21
xeber1

Goranboy rayonu Qızılhacılı qəsəbə 1 nömrəli D.Qasımov adına tam orta ümumtəhsil məktəbinin direktor vəzifəsini icra edən, şəhid Laçın Alıyevin anası  Məlahət Cavadovanın yubileyi münasibətilə görüş keçirilib. Tədbirdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev, məktəbin kollektivi iştirak edib. Tədbirdə çıxış edən natiqlər yubilyarın müxtəlif illərdə təhsil sahəsinin inkişafına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və əmək kollektivlərində sağlam iş mühitinin formalaşmasına verdiyi töhfələrdən bəhs edib. Onun zəngin iş təcrübəsi, məsuliyyətli fəaliyyəti və işlərinə olan yüksək bağlılığı gənc əməkdaşlar üçün hər zaman örnək olduğu vurğulanaraq, ona möhkəm cansağlığı, uzun ömür və bundan sonrakı həyatında da uğurlar arzulanıb. Təbriklərə qoşulan məktəb kollektivi yubilyarların peşə fəaliyyətində qazandığı nailiyyətlərdən, kollektivin inkişafına verdiyi töhfələrdən və nümunəvi əmək fəaliyyətindən bəhs edib. Bununla yanaşı, şəhid anası kimi daşıdığı mənəvi məsuliyyət, vətənpərvər mövqeyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Şəhidlərin əziz xatirəsinin daim yaşadılması, onların ailələrinə hörmət və ehtiramın göstərilməsi hər birimizin mənəvi borcudur. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olundu.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: