“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda şəhid xanımı ilə görüş keçirilib

08/10/2026, 20:03
xeber1

Goranboy rayonunda I Qarabağ müharibəsi şəhidi Rüstəmov Zaməddin İdris oğlunun xanımı, Tapqaraqoyunlu kənd körpələr evi-uşaq bağçasının müdiri Cəfərova Dünya Bəhman qızının yubileyi münasibətilə görüş keçirilib. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev yubilyarı təbrik edərək, onun uzun illər ərzində məktəbəqədər təhsil sahəsində göstərdiyi məsuliyyətli və səmərəli fəaliyyəti yüksək qiymətləndirib. Çıxış zamanı Dünya Cəfərovanın şəhid xanımı kimi nümayiş etdirdiyi mənəvi möhkəmlik, Vətənə sədaqəti və ailə dəyərlərinə bağlılığı xüsusi vurğulanıb. Bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı olması, onların cəmiyyətdə layiq olduqları yüksək ehtiramla əhatə olunması mühüm əhəmiyyət daşıyır. Tapqaraqoyunlu kənd körpələr evi-uşaq bağçasının kollektivi də Dünya Cəfərovanı yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olunub.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: