Xəbərlər
Goranboy rayonunda şəhidlərin əziz xatirəsi anılıb, ev muzeyləri ziyarət olunub.
26/11/2025, 16:52

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun əməkdaşları tərəfindən Şəhid Orxan Namazov, Şəhid Məhəmməd Əşrəfovun ev muzeyi və məzarı ziyarət olundu. Ziyarət zamanı şəhidlərimizin keçdiyi qəhrəmanlıq yolu, onların Vətən uğrunda göstərdiyi igidlik bir daha xatırlanaraq, şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulandı.
Şəhidlər ölməz, Vətən bölünməz!





