“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib olan "Şagirdlərin maliyyə mühəndisliyi" qrant layihəsinin açılış tədbiri keçirilib.

26/11/2025, 17:55
xeber1

Açılış tədbirində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev, sektor əməkdaşları, məktəb direktorları, müəllim heyəti, şagirdlər və layihənin işçi heyyəti iştirak ediblər.

Layihə çərçivəsində Goranboy rayon Sarovlu kənd ümumi orta ümumtəhsil məktəb, Goranboy rayon Dəliməmmədli şəhər M. Zeynalov adına tam orta ümumtəhsil məktəb, Goranboy rayon Quşçular kənd tam orta ümumtəhsil məktəb və Goranboy rayon Faxralı kənd tam orta ümumtəhsil məktəbin yuxarı sinif şagirdlərindən 60 şagird seçilərək “Maliyyə savadlılığı” üzrə qeyri-formal təlimlərə cəlb ediləcəkdir. Layihənin əsas məqsədi təhsil nəticələri aşağı olan yuxarı sinif şagirdləri üçün maliyyə savadlılığı üzrə təlimlər keçməklə həyatı bacarıqlarını inkişaf etdirməkdir.

Xatırladaq ki, Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan layihə Goranboy rayonu Sarovlu kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru Günay Qasımova tərəfindən icra olunur.

Maliyyə savadlılığı təliminə cəlb olunmuş yuxarı sinif şagirdləri iştirak edəcəyi təlimlər vasitəsi ilə gələcək gəlirlərinə və xərclərinə nəzarət edilməsinə, maliyyə savadlığının artırılmasına, biznes ideyaların formalaşdırılması və biznes istiqamətləri üzrə zəruri bilik və bacarıqların formalaşmasını öyrənəcəklər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: