“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda Ümumdünya Layiqli Əmək Günü münasibətilə tədbirlər keçirilib

06/10/2026, 23:14
xeber1

7 oktyabr – Ümumdünya Layiqli Əmək Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin təşəbbüsü ilə rayonun bir sıra ümumtəhsil məktəblərində dəyirmi masalar təşkil olunub. Dəyirmi masalar Məşədiqaralar və Kəhrizli kənd tam orta, Qurbanzadə və Eyvazlılar kənd ümumi orta ümumtəhsil məktəblərində keçirilib. Tədbirlərdə məktəb direktorları, müəllimlər və digər əməkdaşlar, eləcə də məktəb kollektivlərinin üzvləri iştirak ediblər. Müzakirələr zamanı məcburi əmək və onun formaları, bu halların qarşısının alınması, yetkinlik yaşına çatmayanların əmək fəaliyyətinə cəlb olunması zamanı təhsil hüquqlarının qorunması, əmək fəaliyyətinə cəlb olunmaq üçün minimum yaş həddi və uşaq əməyinin yolverilməzliyi ilə bağlı məsələlərə toxunulub. Həmçinin uşaqların sağlamlığına, təhlükəsizliyinə və mənəvi inkişafına zərər vura biləcək işlərə cəlb edilməsinin qarşısının alınması, əmək hüquqlarının müdafiəsi və layiqli əmək prinsiplərinin təşviqi istiqamətində maarifləndirici məlumatlar diqqətə çatdırılıb. Tədbirlər qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və iştirakçıların sualları cavablandırılıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: