Xəbərlər
Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət edilərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad etdilər. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yolu və çoxşaxəli dövlət idarəçilik fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirdilər. Tədbirdə Ulu Öndər Heydər Əliyev və ölkəmizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Seymur Nazarov, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi sədri Kamil Baxşəliyev, şəhid ailələri, məktəb direktorları, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Çıxış edən natiqlər qeyd etdilər ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtmasından sonrakı dövrdə təhsil sahənin inkişafında yeni bir mərhələ başladı. Müstəqil dövlətin iqtisadi inkişafının təmin olunması, daxili və xarici siyasətdə uğurlu nəticələrin əldə olunması üçün təhsilin inkişafına xüsusi önəm verildi, kadr hazırlığı məsələləri diqqət mərkəzində saxlanıldı. Prezident İlham Əliyevin uğurlu təhsil siyasətinin mühüm şərtlərindən biri bu siyasətin əsasında Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının dayanmasıdır. Sonda xatirə şəkli çəkildi.





























