“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi təhsil işçiləri tərəfindən ehtiramla yad edildi.

10/05/2026, 18:38
xeber1

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə  Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin rəhbərliyi, məktəb direktorları və müəllimlər Ulu Öndərin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Ziyarət zamanı abidə önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi ilə yanaşı, təhsilin inkişafını da dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Onun rəhbərliyi dövründə təhsil sisteminin modernləşdirilməsi, milli-mənəvi dəyərlərə əsaslanan sağlam gənc nəslin formalaşdırılması və ölkənin intellektual potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Onun təşəbbüsü ilə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim nüfuzunun artırılması, gənclərin keyfiyyətli təhsil alması üçün geniş imkanların yaradılması istiqamətində ardıcıl islahatlar həyata keçirilmişdir. Ümummilli Liderin müəyyən etdiyi təhsil siyasəti bu gün də Ali Baş Komandan Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə Azərbaycan təhsilinin inkişafı, beynəlxalq standartlara uyğunlaşdırılması və innovativ yanaşmaların tətbiqi məhz Heydər Əliyevin əsasını qoyduğu möhkəm təməl üzərində qurulmuşdur. Onun “Təhsil millətin gələcəyidir” ideyası bu gün də öz aktuallığını qoruyaraq, ölkəmizin gələcək inkişafına xidmət edən əsas prinsiplərdən biri olaraq qalır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: