Xəbərlər
Goranboy rayonunda üzv təşkilarlarda çalışan əməkdaşlara bayram hədiyyələri təqdim edildi.
24/12/2025, 13:01

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən üzv təşkilatlarda çalışan pedaqoji və texniki kollektivə Yeni il münasibəti ilə bayram hədiyyələri təqdim edildi. Hədiyyələrin təqdimatı zamanı qarşılıqlı xoş sözlər və bayram arzuları səsləndirildi. Üzvlərimiz adından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz təşəkkürümüzü bildiririk. "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə bütün təhsil işçilərini səmimi qəlbdən təbrik edir, işlərində uğurlar arzulayırıq!
















