Xəbərlər
Goranboy rayonunda yubilyar həmkarlar ittifaqı üzvü ilə görüş keçirilib

Goranboy şəhər 2 nömrəli körpələr evi -uşaq bağçasının təsərrüfat müdiri İbrahimova Mətanət Fərman qızı qızının yubileyi münasibətilə görüş keçirildi. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev Mətanət İbrahimovanı yubileyi münasibətilə təbrik edərək, onun uzun illər ərzində əmək fəaliyyətində göstərdiyi məsuliyyətli və səmərəli fəaliyyəti, kollektivdə qazandığı hörmət və nüfuzu xüsusi vurğuladı. Həmçinin, müəssisənin təsərrüfat işlərinin təşkilində, iş prosesinin səmərəli qurulmasında və kollektivin fəaliyyətinə göstərdiyi dəstəyin təqdirəlayiq olduğunu bildirdi. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olundu.




