Xəbərlər
Goranboy rayonunda yubilyar müəllimlə görüş keçirildi

Goranboy rayonunda Zeyvə kənd tam orta ümumtəhsil məktəbinin rus dili müəllimi Mehdiyeva Venera Yusif qızının yubileyi münasibətilə görüş keçirildi. Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, sektor əməkdaşları, məktəb kollektivi iştirak etdi. Tədbir çərçivəsində çıxış edən natiqlər Venera Mehdiyevanı yubileyi münasibətilə təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, müəllimlik peşəsinə məsuliyyətli və fədakar yanaşmasını xüsusi qeyd etdilər. Bildirildi ki, onun pedaqoji fəaliyyəti, zəngin təcrübəsi və şagirdlərin bilik və dünyagörüşünün formalaşmasına verdiyi töhfələr təqdirəlayiqdir. Çıxışlarda Venera Mehdiyevanın peşəkar fəaliyyətinin gənc müəllimlər üçün dəyərli örnək olduğu vurğulandı. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olundu.






