Xəbərlər
Goranboy rayonunda yubilyar müəllimlə görüş keçirilib

Qızılhacılı qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin biologiya müəllimi, Ağabalayeva Xurma Nurəddin qızının yubileyi münasibətilə görüş keçirilib. Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsinin sədri Kamil Baxşəliyev və məktəbin kollektivi iştirak edib. Kamil Baxşəliyev Xurma Ağabalayevanı yubileyi münasibətilə təbrik edərək, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətini, müəllimlik peşəsinə məsuliyyətli və fədakar yanaşmasını, kollektivdə qazandığı hörmət və nüfuzu xüsusi vurğulayıb. Məktəbin kollektiv üzvləri də Xurma Ağabalayevanı yubileyi münasibətilə təbrik edərək, ona xoş arzularını çatdırıblar. Sonda yubilyara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon Komitəsi tərəfindən təşəkkürnamə və hədiyyə təqdim olunub.






