Xəbərlər
Goranboy rayonunda yüksək bal toplayan tələbələrlə görüş keçirilib

Görüşdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin sədri Kamil Baxşəliyev, eləcə də gənc tələbələr iştirak ediblər. Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, gənclərin potensialının reallaşdırılmasına göstərilən dövlət qayğısından söz açıblar. Qeyd olunub ki, gənclərin əldə etdiyi bu uğurlar həm onların fərdi zəhmətinin, həm də müəllim və valideynlərinin birgə əməyinin bəhrəsidir. Görüş zamanı gənclərin qazandığı yüksək göstəricilər xüsusi qiymətləndirilib, onların ölkəmizin savadlı, kadr potensialı yüksək olan və vətənpərvər mütəxəssisləri kimi yetişəcəklərinə əminlik ifadə olunub. İştirakçılar gəncləri təbrik edərək, onlara gələcək təhsil illərində və şəxsi fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulayıblar. Tədbirin sonunda yüksək akademik nəticələri ilə fərqlənən gənc tələbələrə təşəkkürnamə və hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.




































