Xəbərlər
Goranboy rayonunun Tapqaraqoyunlu kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Hacıkənd qəsəbəsinə ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 26 iyul 2026-cı il tarixində Goranboy rayonunun Tapqaraqoyunlu kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Göygöl rayonunun Hacıkənd qəsəbəsinə birgünlük ekskursiya təşkil olunub. Ekskursiya əməkdaşların asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və Hacıkəndin füsunkar təbiəti ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Hacıkənd qəsəbəsinin sərin dağ iqlimi, sıx meşəlikləri, saf havası və ecazkar mənzərələri ilə tanış olaraq təbiət qoynunda xoş və yaddaqalan anlar yaşayıblar. Gəzinti zamanı kollektiv üzvləri bölgənin təbii gözəlliklərindən zövq alaraq səmərəli istirahət ediblər. Ekskursiya iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektiv ruhunun möhkəmlənməsinə və sağlam istirahət ənənələrinin təşviqinə mühüm töhfə verdiyini vurğulayıblar.





