“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunun ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirildi.

13/06/2026, 15:42
xeber1

Goranboy rayonunun ümumtəhsil müəssisələrində 2025–2026-cı tədris ilinin başa çatması münasibətilə “Son zəng” tədbirləri keçirilib. Tədbirlərdə Goranboy Rayon İcra Hakimiyyətinin, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun nümayəndələri, məktəb rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər məzunları təbrik edərək, onlara gələcək təhsil və əmək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizin inkişafına töhfə verən layiqli vətəndaşlar olmalarını diləyiblər. Bildirilib ki, “Son zəng” tədbiri şagirdlərin məktəb həyatı ilə vidalaşaraq yeni həyat mərhələsinə qədəm qoymalarını ifadə edən əlamətdar günlərdən biridir. Məzunlara qazandıqları bilik və bacarıqları gələcək həyatlarında uğurla tətbiq etmələri, qəbul imtahanlarında yüksək nəticələr əldə etmələri və seçdikləri peşələr üzrə uğurlu fəaliyyət göstərmələri tövsiyə olunub. Tədbirlər zamanı məktəblilərin hazırladıqları şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib, müəllim və şagirdlərin məktəb illərinə dair xatirələri bölüşülüb. Məzunlar onlara bilik və tərbiyə verən müəllimlərinə minnətdarlıqlarını ifadə edərək, məktəb illərinin həyatlarında silinməz izlər buraxdığını qeyd ediblər. Sonda məzunlar üçün rəmzi olaraq son zəng çalınıb, xatirə şəkilləri çəkdirilib və onlara gələcək həyat yollarında uğurlar arzulanıb. “Son zəng” tədbirləri rayonun bütün ümumtəhsil müəssisələrində yüksək əhval-ruhiyyə və bayram ab-havası şəraitində keçirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: