“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunun ümumtəhsil müəssisələrində və məktəbəqədər təhsil müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib.

01/06/2026, 21:25
xeber1

Tədbirlərdə uşaqların hüquqlarının qorunmasının vacibliyi, onların sağlam, təhlükəsiz və hərtərəfli inkişafı üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaqların xoşbəxt və firavan gələcəyinin təmin olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.

Bayram proqramları çərçivəsində şagirdlərin və məktəbəqədər təhsil müəssisələrinin fidanlarının təqdimatında rəngarəng musiqi nömrələri, milli rəqslər, şeir nümunələri, səhnəciklər və müxtəlif əyləncəli oyunlar nümayiş etdirilib. Uşaqlar öz bacarıq və istedadlarını sərgiləyərək tədbirlərə xüsusi rəng qatıb, iştirakçılara xoş ovqat bəxş ediblər.

Sonda uşaqlara xoş arzular çatdırılıb, onların hər zaman dövlət qayğısı ilə əhatə olunduqları vurğulanıb. Tədbirlər uşaqların sevinc dolu anları, maraqlı çıxışları və xatirə şəkilləri ilə yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: