“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayonunun Xınalı kənd körpələr evi-uşaq bağçasının kollektivi Şəki rayonuna ekskursiya edib.

06/07/2026, 18:04
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 05 iyul 2026-cı il tarixində Goranboy rayonunun Xınalı kənd körpələr evi-uşaq bağçasının kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmlənməsinə, asudə vaxtın səmərəli təşkilinə və kollektiv ruhunun güclənməsinə müsbət təsir göstərib. Səfər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb. Səfər çərçivəsində iştirakçılar Şəki yaylasını ziyarət edərək bu füsunkar məkanın saf dağ havası, yaşıllıqlarla örtülü geniş əraziləri və ecazkar təbiət mənzərələri ilə yaxından tanış olublar. Təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinə gündəlik iş fəaliyyətindən kənarda səmərəli istirahət etmək, xoş və yaddaqalan anlar yaşamaq imkanı yaradıb. Ekskursiyanın sonunda kollektiv üzvləri yaradılan şəraitə və yüksək səviyyədə təşkil olunmuş səfərə görə təşkilatçılara səmimi təşəkkürlərini bildirərək, bu cür maarifləndirici və istirahət yönümlü tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: