“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax rayonuna ekskursiya təşkil olunub.

21/07/2026, 21:39
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 20 iyul 2026-cı il tarixində Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Qax rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin edilməsi, eləcə də ölkəmizin zəngin təbiəti və turizm potensialı ilə seçilən bölgələrindən biri olan Qax rayonu ilə yaxından tanış olmaları məqsədilə həyata keçirilib. Səfər çərçivəsində iştirakçılar Qax rayonunun füsunkar təbiəti, yaşıllıqlarla örtülü meşəlik əraziləri, dağ mənzərələri və istirahət məkanlarını ziyarət ediblər. Rayonun saf havası və təbii gözəllikləri iştirakçılarda xoş təəssüratlar yaradaraq onların səmərəli və yaddaqalan istirahət keçirmələrinə şərait yaradıb. Birgünlük ekskursiya kollektiv üzvləri tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar belə tədbirlərin kollektiv üzvləri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, iş fəaliyyətində motivasiyanın artırılmasına və asudə vaxtın faydalı təşkilinə mühüm töhfə verdiyini qeyd edərək, ekskursiyanın təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: