“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub

25/08/2026, 23:18
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 22 avqust 2026-cı il tarixində Goranboy şəhər 2 nömrəli tam orta məktəbin kollektivi üçün Şəki şəhərinə ekskursiya təşkil olunub. Ekskursiyanın əsas məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eləcə də Şəki şəhərinin zəngin tarixi-mədəni irsi və turizm imkanları ilə yaxından tanış olmaları olub. Səfər çərçivəsində iştirakçılar Şəki şəhərinin görməli məkanlarını ziyarət edib, şəhərin qədim tarixi, özünəməxsus memarlıq nümunələri və mədəni irsi ilə tanış olublar. Gəzinti zamanı Şəkinin füsunkar mənzərələri və özünəməxsus ab-havası iştirakçılarda xoş təəssüratlar yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən məmnunluqla qarşılanıb. İştirakçılar səfərin təşkilinə və göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, belə tədbirlərin səmərəli istirahətin təmin olunmasına, kollektiv daxilində qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd ediblər.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: