“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olunub.

09/06/2026, 22:14
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 7 iyun 2026-cı il tarixdə Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil edilib. Ekskursiyanın məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar İsmayıllı rayonunun zəngin təbiəti, füsunkar mənzərələri və görməli məkanları ilə yaxından tanış olublar. Rayonun təbii gözəllikləri və əlverişli iqlim şəraiti kollektiv üzvlərinin marağına səbəb olub. Eyni zamanda iştirakçılar bölgənin tarixi-mədəni irsi haqqında məlumat əldə edərək bir sıra turizm məkanlarını ziyarət ediblər. Ekskursiya kollektiv üzvlərinin birgə vaxt keçirməsinə, fikir mübadiləsi aparmasına və qarşılıqlı münasibətlərin daha da inkişaf etməsinə şərait yaradıb. Səfər müddətində əməkdaşlar rayonun görməli yerlərini gəzib, təbiət qoynunda istirahət edərək xoş anlar yaşayıblar. Ekskursiya kollektivdə xoş təəssüratlar yaradıb və zəngin xatirələrlə yadda qalıb.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: