“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy təmsilçisi “The Masters” komandası Respublika çempionatında ikinci yeri tutub

26/10/2026, 10:19
xeber1

25 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” təşkilatçılığı altında "Nə? Harada? Nə zaman?" oyunu üzrə təhsil işçiləri arasında Respublika çempionatı keçirilib. Qeyd edək ki, onlayn şəkildə keçirilən seçim turunda iştirak edən 100-ə yaxın komandadan 35-i final oyununa vəsiqə qazanmışdı. Sona qədər gərgin və maraqlı keçən çempionatın yekununda, səslənmiş 36 sualdan 25-ə doğru cavab verən Bakı təmsilçisi “Humanistlər” komandası ölkə çempionu adını qazanıb. Goranboy rayon təmsilçisi “The Masters” komandası ikinci yerin sahibi olub. 3-cü yerin sahibi isə əlavə suallardan sonra məlum olub. “Birlik”, “Bayraktar” və “Köhnə qvardiya” komandalarının yarışında sonuncular qalib gəlməyi bacarıblar. I yer - “Humanistlər” (Bakı) (Pərvin Məmmədova, Gülnar Qasımova, Lalə İsmayılova, Elnur Həşimov, Səxavət Məmmədov, Sevinc Aslanlı) II yer - "The Masters" (yığma) (Anar Əliyev, Rəşad Məmmədov, Coşqun Tağıyev, Yunis Qurbanov, Yusif Həsənov, Yusif Bayramov, Mahmud Mustafayev, Ceyhun Həsənov) III yer - "Köhnə qvardiya" (yığma) (Ələkbər Ağayev, Sərdar Sərdarlı, Anar İbrahimov, Müsəlləf Səməndərov, Nicat İsmayılov, Aqşin Kərimli) Qaliblər kubok, diplomlar və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: