Xəbərlər
Goranboyda “5 oktyabr–müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi.

Goranboy rayon İcra Hakimiyyəti,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Goranboy Rayon Komitəsi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə, “5 oktyabr-müəllimlərin peşə bayramı günü” ilə bağlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Pərvanə İsmayılova,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsi sədri Kamil Baxşəliyev, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov və təhsildə fərqlənən bir qrup müəllimlər, Şəhid anaları və Qazilər iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Olimpiya İdman Kompleksində davam etdirildi. Tədbirdə, təhsildə fərqlənən bir qrup müəllimlərə Fəxri Fərmanlar təqdim edildi.
Bütün Müəllimlərimizin "5 Oktyabr Müəllimlər Günü"nü Təbrik Edirik.













