“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboyda “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı tədbir keçirildi

07/03/2026, 16:00
xeber1

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Qulluqçuları və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı, Elm və Təhsil İşçiləri  Həmkarlar İttifaqı, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı G rayon Komitələrinin birgə dəstəyi ilə “8 Mart-Beynəlxalq Qadınlar Günü” ilə bağlı Goranboy şəhəri, “Gold Palace” şadlıq sarayında keçirilən tədbirdə, Goranboy İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının sədri, Həmkarlar İttifaqının sədrləri, rayon Ağsaqqallar Şurasının sədri, Şəhid ailələri, rayonun ictimai-siyasi, sosial-iqtisadi  və mədəni həyatında fərqlənən bir qrup xanımlar və rayon fəalları iştirak etdilər. Tədbirdə öncə Ümummilli Liderimiz Heydər Əliyevin dövlət qadın siyasətinə həsr olunmuş videoçarx izlənildi. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev,  ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasının  Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, tarixin bütün dövrlərində Azərbaycan qadınının Vətənimizin müdafiəsində yaxından iştirak etdiyini, dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri göstərdiyini, qadın hüquqlarının müdafiəsi və onlar üçün bütün imkanların genişləndirilməsinin Prezident cənab İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdən olduğunu qeyd etdi. Xalq artisti Şahnaz Haşımovanın və yerli mədəniyyət-incəsənət ustalarının ifasında musiqi və Goranboy şəhər Uşaq İncəsənt Məktəbinin şagirdlərinin təqdimatında rəqs proqramı nümayiş etdirildi, xanımlara Goranboy rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları, hədiyyələr, o cümlədən şəhid analarına və xanımlarına kəlağayı təqdim edildi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: