“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboyda Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə minifutbol turniri keçirildi.

26/11/2025, 17:38
xeber1

05-08 noyabr 2025-ci il tarixlərdə Goranboy rayon Olimpiya İdman Kompleksində Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy UGİM və UGİŞM-in birgə təşkilatçılı ilə "Zəfər Günü" münasibəti ilə Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə minifutbol üzrə Goranboy kuboku turniri keçirildi. Turnirdə 16 komandadan 144 idmançı iştirak etdi. İlk öncə təşkilatçılar və idmançılar Ulu Öndər Heydər Əliyevin abidəsini və şəhidlər kompleksini ziyarət etdilər. Daha sonra turnirə start verildi. Dövlət Himni səsləndirildi. Çıxış edən natiqlər bu tarixi günün əhəmiyyətindən söz açaraq komandalara uğurlar arzu etdilər.


Gərgin mübarizə şəraitində keçirilən turnirdə;

UGİŞM Goranboy - I yeri, UGİM Alpout - II yeri, UGİŞM Dəliməmmədli - III yeri qazandı.


Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: