“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Görədil kənd tam orta məktəbinin kollektivi Qubada

07/07/2026, 11:54
xeber1

Görədil kənd tam orta məktəbi kollektivi üçün Quba rayonuna təşkil olunan ekskursiya iştirakçılar üçün xoş təəssüratlarla yadda qalıb.


Səfər zamanı kollektiv üzvləri Qubanın ecazkar təbiəti, səfalı guşələri və füsunkar mənzərələri ilə tanış olub, birlikdə səmərəli və mənalı istirahət ediblər. Ekskursiya həm gündəlik iş rejimindən uzaqlaşmaq, həm də həmkarlar arasında ünsiyyət və əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək üçün gözəl fürsət yaradıb.


İştirakçılar belə sosial layihələrin kollektivdə motivasiyanın yüksəlməsinə və həmrəylik ruhunun güclənməsinə müsbət təsir göstərdiyini qeyd edərək, təşkil olunan səfərə görə ETİHİ Abşeron Rayon Komitəsinə səmimi təşəkkürlərini ifadə ediblər. Bu cür ekskursiyaların davamlı keçirilməsinin əhəmiyyətini də xüsusi vurğulayıblar.

Sosial şəbəkələrdə paylaş: