Xəbərlər
Görkəmli şairin 120 illik yubileyi qeyd olunub

30 aprel 2026-cı il tarixində Salyan şəhəri N.Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində görkəmli şairimiz Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Orucovanın təşkilatçılığı ilə keçirilən tədbirdə müəllim kollektivi, məktəblilər və digər qonaqlarla yanaşı ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova da iştirak edib.
Çıxış edən iştirakçılar Səməd Vurğunun həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verərək, şairin zəngin yaradıcılığı, vətənpərvərlik ruhu, Azərbaycan ədəbiyyatına və dilinə verdiyi töhfələr ətrafında maraqlı diskussiyalar aparıblar.
Eyni zamanda şagirdlər şairin çox sevilən, dillər əzbəri olan şeirlərini səsləndirib, “Vaqif” dramından təqdim olunan epizod isə xüsusilə iştirakçıların marağına səbəb olub və tədbirə xüsusi rəng qatıb.
Tədbirdə həmçinin, görkəmli şairin şeirlərinə yazılmış mahnılar səsləndirilib, məşhur "Azərbaycan" şeirinin Ulu öndər Heydər Əliyevin dilindən ifa olunduğu videoçarx nümayiş etdirib.










