Xəbərlər
Görməyən gözlərlə deyil, görən qəlblə dərs deyən müəllim
04/12/2025, 16:19

Muradov Özal Arif oğlu — anadangəlmə görmə məhdudiyyətinə malik olsa da, həyatın qarşısına çıxan heç bir sınağı geri addım kimi qəbul etməyən əsl iradə sahibidir. O, Bakı şəhərində fəaliyyət göstərən N.Nərimanov adına 45 nömrəli tam orta məktəbdə tarix fənnini tədris edir və şagirdlərə yalnız faktları deyil, Vətəni sevməyin, kimliyini qorumağın və tarixdən güc almanın əhəmiyyətini aşılayır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsi olaraq Beynəlxalq Əlillər Günü qeyd olunan bu həftədə onu xüsusi olaraq təbrik etdik. Onun əzmi, fədakarlığı və gənc nəslə verdiyi dəyər bizim üçün ilham mənbəyidir!



