Xəbərlər
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “Dayanıqlı inkişaf naminə təhsil” mövzusunda tədbir keçirilib

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində "Dayanıqlı inkişaf naminə təhsil" mövzusunda geniş tərkibli tədbir keçirilib.
Tədbirdə kollec rəhbərliyi, pedaqoji heyət və tələbələr iştirak ediblər. Görüşün əsas məqsədi gənclər arasında dayanıqlı inkişaf məqsədlərini təbliğ etmək, ekoloji şüuru formalaşdırmaq və təhsilin cəmiyyətin gələcək tərəqqisindəki mühüm rolunu vurğulamaq olub.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, müasir dövrdə keyfiyyətli təhsil yalnız nəzəri biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, aynı zamanda ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və sosial məsuliyyət hissinin aşılanmasını da əhatə etməlidir. Təhsil müəssisələrinin bu prosesdə aparıcı qüvvə olduğu bildirilib.
Tədbir çərçivəsində tələbələrin mövzu ilə bağlı təqdimatları dinlənilib, ekoloji tarazlığın qorunması və innovativ texnologiyaların təhsilə inteqrasiyası istiqamətində maraqlı müzakirələr aparılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və bu cür maarifləndirici tədbirlərin davamlı olaraq keçiriləcəyi diqqətə çatdırılıb.








