Xəbərlər
Göyçay kollecində Zəfər Gününə həsr olunmuş idman yarışı

Azərbaycan xalqının şanlı tarixə yazdığı 44 günlük Vətən müharibəsinin qələbə sevinci və Zəfər Günü ölkəmizin hər yerində olduğu kimi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində də böyük coşqu və qürurla qeyd olunur.
Bu əlamətdar bayram münasibətilə kollecdə tələbələrin iştirakı ilə şahmat, dama və digər idman növləri üzrə yarışlar təşkil edilib. Yarışın əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, Vətən sevgisini və milli-mənəvi dəyərlərə sadiqliyi gücləndirmək, eləcə də Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi qələbənin əhəmiyyətini gənc nəslə aşılamaqdır.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışların sonunda fərqlənən tələbələr kollecin rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, xalqımıza əbədi zəfərlər arzulayırıq!
İstiqlalımız və azadlığımız əbədi olsun!















