Xəbərlər
Göyçay məktəblərində “Anım Günü” münasibətilə tədbirlər keçirilir

Göyçay rayonunun ümumtəhsil məktəblərində Anım Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda şəhidlərin Vətən qarşısında göstərdikləri qəhrəmanlıq və fədakarlığın gənc nəslə nümunə olduğu bildirilib. Qeyd olunub ki, şəhidlərin əziz xatirəsinin daim uca tutulması, onların həyat və döyüş yolunun şagirdlərə çatdırılması mühüm mənəvi və tərbiyəvi əhəmiyyət daşıyır.
Tədbirlər çərçivəsində şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şəhidlərin xatirəsinə həsr olunan şeirlər səsləndirilib və musiqi nömrələri təqdim olunub.
Sonda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib və Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim yaşayacağı vurğulanıb.






