“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçay məktəblərində “Son zəng” tədbirləri keçirildi

15/06/2026, 13:55
xeber1

Bu gün Göyçay rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirildi. Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri, valideynlər və qonaqlar iştirak etdilər.


Məzunların həyatında unudulmaz günlərdən biri olan “Son zəng” tədbirlərində onlara gələcək təhsil və həyat yollarında uğurlar arzulanıb, məktəb illərinin xatirələri bir daha yada salınıb.


ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova da tədbirlərdə iştirak edib. O, Göyçay şəhər Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində çıxış edərək məzunları təbrik edib, onlara qəbul imtahanlarında uğurlar, gələcək həyatlarında isə yeni nailiyyətlər arzulayıb.


Çıxışında gənclərə bilikli, vətənpərvər və məsuliyyətli vətəndaş olmağın vacibliyindən bəhs edən Kəmalə Səmədova müəllimlərə və valideynlərə də məzunların yetişdirilməsində göstərdikləri əməyə görə təşəkkürünü bildirib.


Tədbirlər musiqi nömrələri, bədii kompozisiyalar və məzunların duyğulu çıxışları ilə davam edib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: