“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçay məktəblisinin riyaziyyat üzrə uğuru.

13/03/2026, 12:20
xeber1

Göyçay rayon X.Cəfərov adına Alpout kənd tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi Tağıyev Əkbər Elxan oğlu riyaziyyat fənni üzrə keçirilən olimpiadada yüksək nəticə göstərərək qaliblər sırasında yer almışdır.


Əkbər öz biliyi, məntiqi düşünmə qabiliyyəti və riyaziyyata olan böyük marağı ilə seçilərək yarışmada uğur qazanmışdır. Onun əldə etdiyi bu nailiyyət həm məktəbin, həm də rayonun təhsil mühitində böyük sevinc və qürur hissi ilə qarşılanmışdır.


Şagirdin bu uğurunda onun müəlliməsinin zəhməti və dəstəyi xüsusi rol oynamışdır. Şagirdini daim həvəsləndirən, ona bilik və motivasiya verən riyaziyyat müəlliminə göstərdiyi əzmli fəaliyyətə görə dərin təşəkkürümüzü bildiririk.


Tağıyev Əkbəri bu uğur münasibətilə ürəkdən təbrik edir, gələcək təhsil həyatında daha böyük nailiyyətlər qazanmasını arzulayırıq. İnanırıq ki, belə uğurlar gənclərimizin elmə olan marağını daha da artıracaq və yeni qələbələrə yol açacaqdır/

Sosial şəbəkələrdə paylaş: