“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçay müəllimləri Qarabağa yaddaqalan səfər ediblər

27/06/2026, 20:38
xeber1

ETİHİ Göyçay Rayon Komitəsinin təşəbbüsü ilə Göyçay rayon Aşağı Qaraməryəm kənd tam orta məktəbinin müəllimlərindən ibarət kollektiv Qarabağa maarifləndirici və istirahət məqsədli səfər edib.


Səfər iştirakçıları işğaldan azad olunmuş, öz füsunkar təbiəti və sürətlə bərpa olunan siması ilə hər kəsdə qürur hissi doğuran Qarabağın ecazkar guşələrini ziyarət ediblər. Müəllimlər qədim yurd yerlərimizin əsrarəngiz təbiəti, həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri ilə yaxından tanış olub, Vətənimizin hər guşəsində hökm sürən inkişafın şahidi olublar.


Səfər iştirakçılarının sözlərinə görə, bu səfər onlarda həm böyük qürur hissi yaradıb, həm də zəngin təəssüratlar bəxş edib. Belə təşəbbüslər müəllimlərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə mühüm töhfə verir.


Müəllimlər onlar üçün yaradılan bu gözəl imkana görə ETİHİ Göyçay Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür layihələrin davamlı olmasını arzulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: