“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçay müəllimləri üçün növbəti tur təşkil olunub

04/07/2026, 00:06
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin təşkilatı dəstəyi ilə Göyçay şəhər Elton Ələkbərov adına 2 nömrəli tam orta məktəbin müəllim kollektivi üçün Oğuz–Qəbələ istiqamətində ekskursiya təşkil olunub.


Bu gün baş tutan səfər müəllimlərin asudə vaxtının səmərəli təşkili, istirahətlərinin təmin edilməsi, eyni zamanda ölkəmizin zəngin təbiəti, tarixi və mədəni irsi ilə yaxından tanış olmaları məqsədi daşıyır. Ekskursiya iştirakçıları Oğuz və Qəbələ rayonlarının füsunkar təbiətini, görməli məkanlarını ziyarət edərək mənalı və yaddaqalan istirahət imkanı əldə edəcəklər.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, sağlam istirahətinin təşkili, asudə vaxtlarının səmərəli keçirilməsi və kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirir. Bu məqsədlə mütəmadi olaraq təşkil edilən ekskursiyalar müəllimlər tərəfindən böyük məmnunluqla qarşılanır və onların işgüzar fəaliyyətinə müsbət təsir göstərir.


ETİHİ Göyçay Rayon Komitəsi bundan sonra da üzvlərinin rifahının yüksəldilməsinə, sosial-mədəni tədbirlərin təşkilinə və müəllimlərin asudə vaxtının səmərəli keçirilməsinə yönəlmiş layihələri davam etdirəcək.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: