Xəbərlər
Göyçay Peşə Liseyində Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

8 Noyabr – Zəfər Günü münasibətilə Göyçay Peşə Liseyində tələbələrin iştirakı ilə intellektual yarış təşkil olunub.
Yarışın keçirilməsində əsas məqsəd tələbələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi, Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi və xalqımızın qazandığı şanlı Zəfər haqqında biliklərin möhkəmləndirilməsi olub.
İntellektual yarış zamanı iştirakçılar öz bilik və dünyagörüşlərini nümayiş etdirərək maraqlı və gərgin mübarizə şəraitində sualları cavablandırıblar. Yarış tələbələrin fəallığı və yüksək marağı ilə yadda qalıb.
Tədbirin sonunda qalib komandanın üzvləri müəyyənləşdirilərək onlara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, bu cür maarifləndirici və intellektual tədbirlər gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, bilikli və fəal vətəndaş kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır.
Zəfərimiz qürurumuz, şəhidlərimiz and yerimizdir!









