“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçay Peşə Liseyinin tələbələri idman yarışlarında rayonu layiqincə təmsil ediblər

11/03/2026, 12:12
xeber1

Göyçay Peşə Liseyinin bir qrup tələbəsi müxtəlif idman yarışlarında fəal iştirak edərək uğurlu nəticələr qazanmış və rayonu layiqincə təmsil etmişdir. Yarışlarda fərqlənən tələbələr – Bağıyev İsmayıl Ağalar oğlu, Hacıyev Tunar Famil oğlu, Orucov Rəvan Əfqan oğlu,İbrahimov Bayram Natiq oğlu,Əhməd Emil Murad oğlu,Həmidov Rəşid Rəşad oğlu və Abdullayev Əliağa Ravil oğlu qazandıqları nailiyyətlərlə liseyin və rayonun adını uğurla təmsil etmişlər.


Bu münasibətlə Göyçay Peşə Liseyində qalib tələbələrlə görüş keçirilib. Tədbiri liseyin direktoru Elxan müəllim açaraq gənclərin idmana marağının artırılmasının, onların sağlam ruhda yetişməsinin və belə yarışlarda iştirakının əhəmiyyətindən danışmış, tələbələrin qazandıqları uğurları yüksək qiymətləndirmişdir.


Tədbirdə çıxış edən ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova tələbələri qazandıqları nailiyyətlər münasibətilə təbrik edərək onların gələcək fəaliyyətlərində də uğurlar arzulamış, gənclərin idmanda və təhsildə fəallığının sevindirici hal olduğunu qeyd etmişdir.


Sonda idman yarışlarında fərqlənən tələbələrə təşəkkürnamələr və hədiyyələr təqdim olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: