“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçay rayon məktəblərində 15 Sentyabr – Bilik Günü qeyd olunub

15/09/2026, 12:45
xeber1

Göyçay rayonunun ümumtəhsil müəssisələrində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilib


Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay Rayon Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib.


Yeni tədris ilinin başlanması münasibətilə məktəblərdə təşkil olunan tədbirlərdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən məktəb rəhbərləri və müəllimlər yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar arzulayıblar.


Çıxışlarda təhsilin cəmiyyətin inkişafında mühüm rolu qeyd olunub, şagirdlərin müasir bilik və bacarıqlara yiyələnməsinin, onların vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasının vacibliyi vurğulanıb.


Xüsusilə məktəb həyatına ilk dəfə qədəm qoyan birinci sinif şagirdlərinə xoş arzular çatdırılıb. Onlara məktəb həyatında uğurlar, yeni biliklər və yaddaqalan günlər arzulayan müəllimlər yeni tədris ilinin hər bir şagird üçün uğurlu olacağına əminliklərini ifadə ediblər.


Tədbirlər çərçivəsində şagirdlərin ifasında şeirlər, musiqi nömrələri və müxtəlif ədəbi-bədii kompozisiyalar təqdim olunub. Bir sıra məktəblərdə “Bilik Günü”nə həsr olunmuş sinif saatları və maarifləndirici görüşlər də keçirilib.


Qeyd olunub ki, 15 Sentyabr – Bilik Günü ölkəmizdə təhsil həyatının mühüm tarixlərindən biri olmaqla, yeni tədris ilinə verilən başlanğıcı, elmə və biliyə olan böyük dəyəri ifadə edir.


Yeni tədris ilinin başlanması münasibətilə bütün şagird və müəllim kollektivlərinə uğurlar arzulayır, təhsil sahəsində yeni nailiyyətlər diləyirik.


15 Sentyabr – Bilik Günü mübarək!




Sosial şəbəkələrdə paylaş: