Xəbərlər
Göyçay rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müəllim kollektivi İsmayıllıya ekskursiya edib

Göyçay Rayon Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi ilə Göyçay rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müəllim kollektivi asudə vaxtlarını səmərəli keçirmək məqsədilə İsmayıllı rayonuna ekskursiya ediblər.
Səfər çərçivəsində iştirakçılar İsmayıllının füsunkar təbiəti, tarixi və görməli məkanları ilə tanış olub, xoş istirahət edərək maraqlı anlar yaşayıblar. Ekskursiya müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv həmrəyliyinin möhkəmləndirilməsi və motivasiyanın artırılması baxımından əhəmiyyətli olub.
Göyçay Rayon Həmkarlar İttifaqı Komitəsi bundan sonra da üzvlərinin sosial rifahının yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili və sağlam istirahətinin təmin olunması istiqamətində tədbirlərin davam etdirilməsini diqqətdə saxlayacaq.




