Xəbərlər
Göyçay rayonu Aşağı Qaraməryəm kənd tam orta ümumtəhsil məktəbində maarifləndirici görüş keçirilib

30 oktyabr 2026-cı il tarixində Göyçay rayon Aşağı Qaraməryəm kənd tam orta ümumtəhsil məktəbində DİN-in Polis Akademiyasının nümayəndəsinin və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə IX–XI sinif şagirdləri üçün maarifləndirici görüş təşkil olunub.
Görüşün əsas məqsədi gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə marağının artırılması olub.
Tədbir zamanı şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, təhsil imkanları, Akademiyada yaradılmış maddi-texniki və sosial şərait barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənclərə gələcəkdə dövlətə və xalqa sədaqətlə xidmət etmək, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmaq istiqamətində tövsiyələr çatdırılıb.





