“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçay rayonunda maarifləndirici tədbir keçirildi

08/04/2026, 11:22
xeber1

Aprelin 7-də Göyçay rayonunda yerləşən Rəsul Rzanın Ev-Muzeyində “Hüquqi bərabərlik və müasir cəmiyyət” mövzusunda tədbir təşkil olunub.


Tədbirdə Göyçay Peşə Liseyinin tələbələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 


Çıxışlar zamanı cəmiyyətin bütün sahələrində qadın və kişilərin bərabər hüquqlara malik olması, gender stereotiplərinin yaratdığı maneələr və bu istiqamətdə mübarizə yolları müzakirə olunub. Qeyd edilib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının, o cümlədən gender bərabərliyinin təmin olunması dövlət siyasətinin əsas prioritetlərindəndir.


Bildirilib ki, insan hüquqları ləyaqət, ədalət, bərabərlik və qarşılıqlı hörmət kimi ali dəyərlərə əsaslanır və bu prinsiplər qanunvericiliklə qorunur.


Tədbir interaktiv müzakirələrlə davam edib, sonda tələbələr muzeydə sərgilənən eksponatlarla tanış olublar.


Tədbirin əsas məqsədi gənclər arasında hüquqi bərabərlik anlayışını təşviq etmək və hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulamaqdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: