“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Göyçayda 65 illik yubiley münasibətilə bağça tərbiyəçisi təltif olundu

12/11/2026, 12:39
xeber1

Göyçay şəhəri Eldar Zeynalov adına 1 nömrəli uşaq bağçasının tərbiyəçisi Salmanova Gülşən Əli qızının 65 illik yubileyi münasibətilə kollektivin iştirakı ilə təbrik mərasimi keçirilib.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay Rayon Komitəsinin nümayəndəsi iştirak edərək Gülşən Salmanovanı əlamətdar yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.


Uzun illər ərzində təhsil və tərbiyə sahəsində göstərdiyi əmək və xidmətləri yüksək qiymətləndirilən yubilyara Göyçay Rayon Komitəsi tərəfindən mükafat və Təşəkkürnamə təqdim olunub.


Səmimi və xoş ovqatda keçən tədbirdə bağçanın kollektivi də yubilyarı təbrik edərək ona xoş arzularını çatdırıb.


Gülşən Salmanovanı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti və uzun ömür arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: