Xəbərlər
Göyçayda Dövlət Suverenliyi Günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə Göyçay rayonunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunmasının tarixi əhəmiyyətindən bəhs edərək, bu Zəfərin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin canı və qanı, qəhrəman hərbçilərimizin şücaəti hesabına əldə edildiyini vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Bu tarixi hadisə xalqımızın milli birliyinin və dövlətçilik iradəsinin parlaq göstəricisi kimi qiymətləndirilib. Tədbirdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib və onların qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.







